Olu (İki kələ bir məclisə varanda)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olu Müəllif: Koroğlu |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
İki kələ bir məclisə varanda,
O məclisin halı pərişan olu.
Bir qoç igid bir meydanda tapılsa,
Bəzənər o meydan, zərnişan olu.
Sərçəyə bax, qaraquşa don biçər,
Mərd igidlər dolu badələr içər.
Namərd adam dava günündə qaçar,
Gedər daldalarda pəhləvan olu.
Dəmirçioğluyam, qorxmaram mərddən,
Tülkü deyər: aslan qovaram yurddan.
Bir keçi qaçıban qurtulsa qurddan,
Baxar buynuzuna gərgədan olu.