Olu (Dünyada heç igid yoxsul olmasın)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olu Müəllif: Koroğlu |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Dünyada heç igid yoxsul olmasın,
Yoxsulluq igidə yaman ad olu.
Hər kəsin ki, varı-dövləti olsa,
Ləzzət çəkər, dəhanında dad olu.
Varlı-kasıb bu dünyadan köçərlər,
Yaxşını-yamanı görüb seçərlər.
Varın olsa gəlib yeyər, içərlər,
Yoxsul olsan qohum-qardaş yad olu.
Dəmirçioğlu, igid çoxdu dünyada,
Artdı dərdim, oldu həddən ziyada.
Yaxşı at minənlər qalsa piyada,
Daş düşər başına, ömrü bad olu.