Olu (Koroğlu)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olu Müəllif: Koroğlu |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Uca dağların başında,
Duman olu, çiskin olu.
Qar yağıban girdə bağlar,
Acı yellər əskin olu.
Bir igidin zatı olsa,
Qolunun qüvvəti olsa,
Meydan görmüş atı olsa,
Zülfüqarı kəskin olu.
İgidə yoldaş olmasa,
Bir qoşuna baş olmasa,
“Hu” deyib savaş olmasa,
Ağır leşglər basqın olu.
Alıcı quşlar əllərdə,
Ovlağı olar göllərdə.
Qərib igid yad ellərdə,
Dinə bilməz, miskin olu…