Olub (Əziz Məzrəli)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olub
Müəllif: Əziz Məzrəli
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Ay ağalar, gəlin sizə söyləyim,
Gecə-gündüz işim ahu-zar olub.
Bərəkət kəsilib, urza gödəlib,
Müxtəsəri, dünya çox bekar olub.

Heç igidin əli düşməsin dara,
Dara düşən olar işdən avara.
Işləməklə versə, verər Cabbara,
Çalışmaqdan qulaqları kar olub.

Doğrudurmu gör Əzizin dediyi?
Allah qırmaz yaratdığı bəndiyi.
Hacı Bədəl qoyub bu məzəndiyi,
Onca arpa pulnan barabar olub.