Olubdu qəlbimə hakim mənim məlali-vətən
Olubdu qəlbimə hakim mənim məlali-vətən Müəllif: Hüseyn Cavid Tərcümə edən: İ.Cəfərpur |
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.
Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdəm mənim məqali-vətən?
Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən...
Neçün şərafətini, fəxrini verib əldən,
Bu qədər yurduna biganədir ricali-vətən?
Ürək dolubdu nədən, sanki qan piyaləsidir,
Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?
Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,
Əminəm, heç də silinməz bu ibtizali-vətən.
Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,
Səlamımı eşidə bəlkə növnəhali-vətən.
Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.
Əgər sual edələr - Salikin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub maali-vətən.