Olur (Aşıq Müslüm)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olur Müəllif: Aşıq Müslüm |
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015. |
Tərəqqi, tənəzzül əkiz doğulub,
Onun qollarında boran, qar olur.
Sən kamala güvən, əyrilik etmə,
Qışın arxasınca xoşbahar olur.
Səbr edən həyatında bal dadar,
Kimi enər, kimi qalxar, qayda var.
Hicrana dözənlər vüsala çatar,
Arzular gül açar, arzular olur.
Müslüm, haqqa çatanademə xeyir,
Hesab təqdirdəndir, kim necə deyir,
Kimi zəhər yeyir, kimi yağ yeyir.
Bəy kefdə, yük çəkən kasıblar olur.