Olur (Araz Yaquboğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olur
Müəllif: Araz Yaquboğlu
Mənbə: Sərraf Şiruyə. “Hər görüş bir xatirədir” Bakı, “Nurlan”, 2007, səh.207-208

Söz Sərrafı, bir cavab ver,
İnsan nədən küskün olur?
Dərdi salıb ürəyinə,
Axı niyə üzgün olur?

Gözüm, könlüm olsa da tox,
Sevincim az, kədərim çox.
Nə adətdi, kef-damaq yox –
Yadda qalan pis gün olur.

Araz deyər, hər gün, hər an,
Öz işini görür zaman.
Deyirlər ki, Tanrı yazan,
Yazı-qismət püşkün olur.