Məzmuna keç

Olur (Molla Pənah Vaqif)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olur (Molla Pənah Vaqif)
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Hər yeten gözələ gözəl demenəm,
Gözətdə bir qeyri əlamət olur:
Zülf bir yana düşər, gərdən bir yana,
Özün bilməz, bir özgə babət olur.

Oynayanda pərvaz edər nimtənə,
Zülf dağılar, üzde dönər xərmənə,
Sərəndazın ucu düşər gərdənə,
Açılsa bel-buxun, qiyamət otur.

Müjgan oxun atar, yay qaşın çəkər,
Dələr bağnm başm, ürəyim sökər,
Sözü duzlu olur, dodağı şəkər,
Hekayəti şirin hekayət olur.

Gerdəninə müşkin tellər düzülür,
Hər qıya baxanda canlar üzülür,
Sürmələnmiş siyah gözlər süzülür,
Otunıb durmağı qiyamət olur.

Gözəl olan belə alişan gəzər,
Niqab çəkər, zülfü pərişan gəzer,
Sehər seyrə çıxar, gülüşan gəzər,
Sevməyində tamam hərarət olur.

Vaqif qurban olsun qoşa tağına,
Zülfii üz yanında, üzü ağma,
Belə gözəl düşə ay qabağına,
Tamaşa eyləyən bitaqət olur.