Məzmuna keç

On bir ayın, acların sultanı, Ramazan ayı

Vikimənbə saytından
On bir ayın, acların sultanı, Ramazan ayı! (1993)
Müəllif: RAUF CAVAD

Gəlir təntənəli aclıq ayı, ac-böhran ayı,
Anlayan-anlamayan söz görür, qar-boran ayı.

Ramazan yetim-fəqir, kimsəsiz, yağmur-nur ayı,
Təmizləyir əyri səhv baxışları, bağban ayı.

Dolub aclarla yer üzü, gör nə qədərdi sayı?!
Talayıb hey yeyir, gözü doymur, çalışqan ayı.

Toxun acdan nə xəbəri, soruşan yox halını,
Sən xoş gəldin acların elinə, hal soran ayı.

Duman deyir gizlənib ay, gözlə, gör hicrətini,
Niyə gizlənir ilk gəlişində, çən-duman ayı?

Elə diqqət edir guya ki, görür öz əməlin,
Elmi dərk edir, hər il gizlənir din-iman ayı.

Adil görür dərk edir fikri, verir son qərarı,
Gizlilik pis şeytan hiyləsidi, nur-taban ayı!

Unudub insafı, şeytan yayındırır hədəfi,
Fərqinə varmır nədir orucluq, ey aman ayı!

Gün çıxandan gün batana, ac çəkir əziyyəti,
İnsan gərək qana ki, kimdir ac, din-quran ayı.

Vicdan tutur oruc təmizlənə, safdır niyyəti,
Düşünən bilir ki, aclığ nədir, din-qanan ayı.

Yatıb hər tində atılmış yaralı vicdan sirri,
Aqil bilir aclığın sirrin, gəl-gör bəyan ayı.

Gəlişinin səbəbi, görəsən nədir hikməti?!
On bir ayın, acların sultanı, Ramazan ayı!

Kasıb-varlı heç fərq qalmır, hər kəs görür aclığı,
Kimi qanır ayılır, qəflətdən oyadan ayı!

Dua edək, Tanrı bağışlasın hər səhvimizi,
Bacaraq sevinci bölüşməyi, Yaradan ayı!

Əgər Rauf olsa bəşər, görəcək həqiqəti,
Təmizləyir pislik günahları, sülh-Zaman ayı!