Məzmuna keç

Onun vəfatı tarixi

Vikimənbə saytından
Onun vəfatı tarixi
Müəllif: Əli bəy Hüseynzadə
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Söylədi tarixini
Ona tapan bir ozan
Öldü ATATÜRK, o dahi insan
Mukimi-ərşi-Yezdan.
Tənvir eylədi fikri,
Doğru yolu göstərdi:
Kamal əfkar rəhbəri
Neyyuri-ərşi-Rəhman!
Gözələ aşiq idi
Sevgilisiydi Vətən.
İndi o uca Qazi
Qəribi-hüsnü Canan.