Ota nanayı
Görünüş
Ota nanayı Müəllif: Aşıq Nəsib |
Mənbə: Tacir Səmimi, "Ağbaba aşıq mühiti", Bakı: "Elm və təhsil", 2014. |
Gedir dağa, dağa, bala el köçü,
Hala, hala, hala, bala, hala, gəl.
Nanı, nanı, nanı, bala nanayı.
Bullam telin sanı, bala, nanayı.
Ay qız məni, məni, bala, az incit,
Yola, yola, yola, bala, yola gəl.
Nanı, nanı, nanı, bala, nanayı,
Bullam, telin sanı bala, nanayı.
Billəm nədi, nədi, bala, amacın,
Yoxdu mənim, mənim bala, əlacım?
Nanı, nanı, nanı, bala, nanayı.
Bullam telin sanı bala, nanayı.
Gəl biz gedək, gedək bala yamaca,
Yola, yola, yola, bala, yola gəl.
Nanı, nanı, nanı, bala, nanayı.
Bullam telin sanı bala, nanayı.