Oxumaqla bülbül olmaz sərçələr
Görünüş
Oxumaqla bülbül olmaz sərçələr Müəllif: Xəstə Bayraməli |
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018 |
Oxumaqla bülbül olmaz sərçələr,
Budaq kölgəsində daldalansa da.
Aslanın öz adı, öz hünəri var,
Tülkülər yekəlib lovğalansa da.
Yüz də qürrələnsə, tox dura bilməz,
Elə gərdən çəkib, şax dura bilməz,
İtirər ağlını, çox dura bilməz,
Qartal qayasına qarğa qonsa da.
Bayraməli, batma qəm dəryasında,
Gədanı görsən də bəy libasında.
Hər kəsin adı var el arasında,
Nadanlar arifi naşı sansa da.