Məzmuna keç

Oxuyun

Vikimənbə saytından
Oxuyun
Müəllif: Mirzə Əli Möcüz
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Arvadın bilsə yazı
Özü yazar kağızı,
Yalvarmaz yad kişiyə,
Sən keçəndə Arazı.
Mane olma yazıya,
Gedin deyin qazıya:
Qeyri millət öyrədir
Yazı yazmaq tazıya.
Oxu rusca, almanca,
Möhtac olma dilmanca.
Hər kəs desə “Günahdı”,
Başın dola qırmanca.
Eşit dədən sözünü,
Oxu, öyrən yazım,
Qara yazı ağ eylər
Oxuyanın üzünü.
Oxur urus qadmı,
Anlar elmin dadını,
Bizim Hacı kişilər
Yazammaz öz adını.
Gözün sil bax maşına,
Dolanır özbaşına.
Biz də bir zad qayıraq,
Əyləşməyək boşuna.
İranlı qənd qayırsa,
Möhtac olmaz Prusa.
Axund deyər: Müsəlman
Kafər olar oxusa.
İtalyanlar - imansız,
İngilis, həm fransız
Bizə iynə verməsə,
Qalacağıq tumansız.
Avtomobil yürüdü,
Toz aləmi bürüdü,
Arvadlar baxıb dedi:
— Bu cindi, ya pəridi?
Avtomobil qoşdu getdi,
Dağlan aşdı getdi.
Bizim ulaq yeriməz,
Hövsələm qaşdı getdi.
Yayda suyu dondurar,
Rus, erməni və bolqar.
Bacarmırsan qışda sən
Bə cəhənnəm, bə finnar.
Mən gedirəm Mərəndə,
Tamaşadı gələndə.
Bizim millət yuxlayıb,
Ayılacaq öləndə.
Dalın çevir Miyana,
Baxma zərər-ziyana.
Saqqalı qırx tök yerə,
Culfanı keç o yana.
Təyyarə çıxdı göyə,
Gəlirlə bizim köyə,
Biz neylərik görəsən,
Od yağdırsa Güneyə?
Bir dənə yox Almanda,
Hətta Frəngistanda
Falçı darülfünunu-
Min dənə var İranda.
Öküzü danammaram,
Duzəxdə yanammaram.
Yer havada dolanır?
Mən buna inanmaram.
Deyirəm, sür dərəyə!
İnanma cin, pəriyə,
Hər kəs gəür qabağa,
Biz gedirik geriyə.