Oyan Türk oğlu, qalx ayağa

Vikimənbə saytından
Oyan Türk oğlu, qalx ayağa! (1994)
Müəllif: RAUF CAVAD

Oyan Türk oğlu, qalx ayağa!
Gəl sarıl üç rəngli bayrağa!

Çoxalıb saysız düşmən sayı,
Qaçaq düşüb mərd, Nəbi qağa!

Oyan Türk oğlu, gəl nəzər et,
Sinəmdəki bu ağrı-dağa!

Ehtiyacı var məzlum xalqın
Çox möhkəm bir arxa-dayağa!

Oyan Türk oğlu, gəl özünə,
Bax sol-sağa, arxa-qabağa!

Gör nə qədər igid insan var,
Sanki bənzəyir uca dağa!

Oyan Türk oğlu, gəl diqqət et
Hər sözümə, kim qul, kim ağa?!

Əzilir hər gün tapdalanır
Haqq, çəkilir çarmıxa, tağa!

Oyan Türk oğlu, gəl köməyə!
Qanad çalaq göydə uçmağa!

Gözəllik itib göz önündən,
Sanki qaranlıq düşüb çağa!

Oyan Türk oğlu, gəlki gəzək
Seyr edək, gözəl bağça-bağa!
 
O gözəl surətli Nigarım,
Rauf, gəlsin gərək sorağa!
 ...Müəllif:Rauf Cavad