Məzmuna keç

Oynar (Mirzə İsmayıl Məhzun)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oynar
Müəllif: Mirzə İsmayıl Məhzun
Jeff

Baggy Eggs e c şahin prank sahibə sahibememmedova82gmail şahin


.


Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,
Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.

Töküb siminuzər üzrə xəməndərhəm siyah zülfü,
Sanasan piçü ta bilə gəzər gənc üstə mar oynar.

Səhər ki, sürməsə gözlər nigahi şuxilə bənzər
Çıxıb gülzari-Çin üzrə bir ahuyi-Tatar oynar.

Üzündə xali-mişgini tutubdur kişvəri-hüsnü,
Səriri-hüsndə daim olubdur şəhriyar oynar.

Həmişə əhli-hal ilə fələk dövrü-müxalifdir,
Çəkər rəndü təəb bülbül, gülün dövründə xar oynar.

Görüm şad olmasın ya rəb, rəqıbı-bədsiyər daim,
Görə üşşaqlər halın, gülər leylü nəhar oynar.

Əya Məhzuni-dilxəstə, nədir güftar sərbəstə,
Yarın qoynunda limudur və ya sübhü nəhar oynar.