Oynasın (Şəmkirli Aşıq Hüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Oynasın Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Başma döndüyüm toy adamları,
Siz də deyin, təzə gəlin oynasm.
Admı demirəm, eldən ayıbdı,
Qəmzəsi bağrımı dələn oynasm.
Bir tuba boyludu, zülfləri dəstə,
Dərdini çəkməkdən olmuşam xəstə,
İşarət eylərəm anlayan kəsdə,
Dostunun qədrini bilən oynasm.
Duman gəldi, uca dağı bürüdü,
Yar qəhri çəkməkdən canım çürüdü,
Bu məclisdə əyləşənin biridi,
Yaşmağm altmdan gülən oynasm.
Dostlar arasında hey ola düzlük,
Olmaya xayınlıq, həm ikiüzlük,
Hər əlində vardı, bir ala yüzlük,
Yüzlüyü əlinə alan oynasın.
Şəmkirli Söyünəm, elərəm fəğan,
Yaş yerinə didələrim tökər qan,
Həm gəlindi, həm gözəldi, həm cavan,
Məni bu dərdlərə salan oynasın.