Pıçıldayar dodaqlar gülümsəyərək

Vikimənbə saytından
Pıçıldayar dodaqlar gülümsəyərək! (1998)
Müəllif: RAUF CAVAD

Pıçıldayar dodaqlar gülümsəyərək!
Sevinər sevincindən ürək sevərək!

Əcəb xoşdu nəzəri sevən kəslərin,
Sevər ürəkdən sevilən o sevən tək!

Bir saf incidir dildən çıxsa gözəl söz,
Sevər hər kəs verilsə sözlərə bəzək!

Aşiq olur hər gözəl bir kəlmə sözə,
Agah olsun bu sirrə hər kəs, bil gərək!

İstəyir könlüm bəzən ola pərvanə,
Dövr edə şəm işiğında səhərədək!

Mən dəli xəstə olub qəlbi şikəstə,
Düşüb azara can, qəlbi solğun-kövrək!

Gəl tut əlimdən yar, qoy əlin qəlbimə,
Gör ki, necə döyünür bu dəli ürək!

Ey Dilbər, can çəkişir sənsiz günlərim,
Gəl ey Rauf, oynayır kələk bic fələk!
       ...Müəllif:Rauf Cavad