Məzmuna keç

Pǝrişan zülfi-müşkinin güli-xǝndanǝ düşmüşdür

Vikimənbə saytından
Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür
Müəllif: Şah İsmayıl Xətai



Pǝrişan zülfi-müşkinin güli-xǝndanǝ düşmüşdür,
Ucundan dürlü sevdalar xǝti reyhanǝ düşmüşdür.

Mǝgǝr xurşidimiş hüsnin ki, qıldı alǝmi rövşǝn,
Kim ol rǝxşǝndǝ ǝnvari mǝhi-tabanǝ düşmüşdür.

Qaşın yayını qurmuşsan, bizǝ ǝz ğǝmzǝ hǝr saǝt,
Əya dilbǝr, onun sǝhmi yǝqin kim, canǝ düşmüşdür.

Cǝmalın iştiyaqından eşitmǝzsǝn fǝğanimni,
Vüsalın iftiraqından könül hicranǝ düşmüşdür.

Xǝtai bǝndǝyǝ saqi içirmiş cami sǝhbadǝn,
Görün meyxanǝ küncündǝ, ǝcǝb, mǝstanǝ düşmüşdür...

Aşiqin aqilǝ daim sözü divanǝ gǝlür,
Aşiqin daim anınçün özü divanǝ gǝlür.

Satma raygan sǝnǝm, Xızrǝ dodağın suyunu,
Xızr ǝgǝr istǝyǝ su çeşmeyi-heyvanǝ gǝlür.

Əsrimiş xuni-dilimdǝn sǝnǝmin xuni gözü,
Gǝr sǝn inanmaz isǝn gör ki, nǝ mǝstanǝ gǝlür.

Gahü bigah verir tövbǝ mana vaizi-şǝhr,
Vaizin tövbǝsi şaha, mǝnǝ ǝfsanǝ gǝlür.

Aşinadir bu Xǝtai, sözü iman bilǝnǝ,
Özünü bilmǝyǝnǝ demǝ ki, biganǝ gǝlür.