Məzmuna keç

Pərişan (Qaracaoğlan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Pərişan (Qaracaoğlan)
Müəllif: Qaracaoğlan
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Çıxdım ucasına seyran eylədim
Gördüm ağ ququlu göllər pərişan.
Bir firqət gəldi də durdum ağladım
Öpüb qoxladığım güllər pərişan.

Xəyal-məyal oldu qarşımda dağlar
Eşindən ayrılan ah çəkər ağlar.
Tökülmüş yarpaqlar, pozulmuş bağlar
Bülbülün qonduğu dağlar pərişan.

Qaracaoğlan der: mən toyladamadım,
Ərəb ata minib boyladamadım,
Küsdürdüm dilbəri söylədəmədim,
Dilbəri küsdürən dillər pərişan.