Məzmuna keç

Pərişan (Xəstə Hasan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Pərişan
Müəllif: Xəstə Hasan

   
Çıxdım bu dağlan seyran eylədim,
Gördüm yar gəzdiyi yerlər pərişan.
Durdum, öz-özümə fikir eylədim,
Bir mən deyiləm də, aləm pərişan.

Ahü-zar çəkərəm, Bursalı dağlar,
Yarından ayrılan of çəkər ağlar.
Saralmış tənəklər, virandı bağlar
Bülbülün qonduğu dallar pərişan.

Xasta Hasan der, öldüyümü duysalar,
Yığılsalar, bir araya gelsələr,
Məzarımı yol üstündə qursalar,
Bəlkə-bəlkə yolu düşə qızların.

%0 tamamlandı