Pəri (Aşıq Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Pəri Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bir almaz göndərdim yara yadigar,
Almadı almazı, bağrı daş pəri.
Könül tələb elər məndən nəyim var,
Od tutub cismimi al-ataş, pəri!
Bülbül ayrılığı simətdi gülə,
Güləbətin naxış süsən-sünbülə,
Altından nimtənə, üstdən silsilə,
Sərəndazdan töküb başabaş, pəri!
Bir gözəlin ələyindən ələndim,
Bəli dedim, bəlasına bələndim,
Yön çevirdim, hər bir yana diləndim,
Qurbaniylə görüş, halallaş, pəri!