Məzmuna keç

Pərim (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Pərim
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Səhər-səhər sərçeşmələr başında,
Gün kimi dağlara yayılan Pərim!
Hər kəs məndən sənə yaman qandırsa,
Ya əqrəb dişləsin, ya ilan, Pərim!

Qovma dərgahmdan şirin nökəri,
Geymərəm hər şalı, hər qələmkəri,
Hicran xəstəsiyəm, yeməm şəkəri,
Qoynundakı nara qayılam, Pərim!

Götür sürməni çək qaşına gəlsin.
Çal əyri çalmanı başma gəlsin,
Abbasın sözləri xoşuna gəlsin,
Hurilər qızından sayılan Pərim!