Məzmuna keç

Pərinə

Vikimənbə saytından
Pərinə
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Görüm ömrü uzun olsun Pərimin,
Heç dəymədi könlümüzün pərinə.
Gözəllikdə bərabəri tapılmaz,
Mahruyluqda1 huri nədi, pəri nə?

Əvvəlcədən oxuduğum yazardım,
Gəzməmişdən qədəmimi azardım,
Bir dəryanın kənarmda gəzərdim,
Yarın şövqü məni atdı dərinə.

Gözəllərdə nazü-qəmzə, şux olu,
Seyrağıblar bu aradan yox olu,
Qurbani der: gözəl deyən çox olu,
Mahın yerdə yetmək olmaz sirinə.