Pərvanə (rəvayət)
Görünüş
Rəvayətlər. Pərvanə Müəllif: Şifahi xalq ədəbiyyatı |
Deyirlər ki, Pərvanə qızmış, Od da oğlan. Pərvanə şah qızıymış, Od da əkinçi oğlu. Şah qızını əkinçi oğluna vermədiyinə görə, gözünə
döndüyüm qızla oğlan günlərin bir günündə ələ-ələ verib qaçırlar. Padşah da padşah imiş. Əmr verir: ha burda, ha orda, qıznan oğlanı yaxalayırlar. Padşah qızını öz oğluna almaq istəyən vəzir bir oysun oxuyur, oğlanı eləyir od. Bundan sonra qız göz yaşı tökür, üzünü
göyə tutup yalvarır ki, Allah ona ölüm versin. Allah onu pərvanə eləyir. Pərvanə həmin şah qızıdı ki, gecə-gündüz dolanır oğlanın başına. Dolanır, dolanır, sonra da özünü vurur oda yandırır.