Padişah zülm eyləsə bilgil bunu

Vikimənbə saytından
Padişah zülm eyləsə bilgil bunu
Müəllif: Azadi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Padişah zülm eyləse bilgil bunu
Daş edəcek cümle canlar könlünü.
Mehri olmaz yaş kişinin kişiyə
Rəhmi olmaz yaşulının kiçiyə.
Titrər eımiş varca heyvan canlan
Quruyurmuş bu damarda qanlan.
Dedi şah Mahmud bunlara: ey Muhan,
Xalq-ara zülm edici şahi-cahan
Ağlı kəmdir bu kişidən, ağlı kəm.
Zülüm öz kökün qazar, eylər adəm
Padişah kim işi zülm etmək olur.
Biağıldır, axır öz kökün salır.
Cövrü-zülmü padişahi-zalımın
Ox olub öz canına dəyər bilin.
Der Səmərqənd zalımı məşhur idi
Gecə-gündüz işi zülmi-zor idi.
Taxt üzrə yatmış idi ol rəvan
Sinəsindən dəydi ox, etdi fəğan.
Cəm olub zalım önünə gəldilər
İş bu işə çox tamaşa qıldılar.
Tannya can verdi ol zalım bu hal
Şübhəsiz, qaldı onun mülki zaval.
Ol kişinin sinəsindən bir oxu
Çəkdilər, çıxardılar Tann haqqı.
Gördülər bir xətt yazılı orda var:
“Ölma zalım, ibrət algil, zinhar.”
Haq sitəmkar bağnna vurdu oxu
Cümlə məzlum ahıdır kim, gəl oxu...
Yaxmadın bir kimsə, yaxdın özünü
Tutdun öz özün ilə öz sözünü.
Hər kişi kim od yaxar, özü bişər
Qazsa kim çuxur, ona özü düşər.
Özgəni yaxmaq — özün yaxmaq olur
Çomaq vursa, özünə toxmaq olur.
Özün vurmaqdır kişi vurmaq haman
Ağıl yiyəsi bu sözə tutmaz güman.