Paravozlar vaqonları yeritmir

Vikimənbə saytından
Paravozlar vaqonları yeritmir
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Paravozlar vaqonları yeritmir!
Daş kömür qurtarıb, onu da yetmir.
Milyonçu kişilər Moskova getmir
Bilməzlər xas malın arşını neçə.

Bəs hanı Moskovda bağlanan yüklər,
Mahallara talan salıb cülüklər,
Qarət oldu kəntlər, oddandı mülklər
Bir hakim yoxdur ki, qandırsın bicə.

Xurcunlarda gəlir indi malımız,
İndən belə necə keçər halımız?
Erməniynən kəsmir qeyli-qalımız
İslam əsir düşdü, çörək ver aca.