Məzmuna keç

Pavel Sisianovun İbrahimxəlil xana məktubu

Vikimənbə saytından
Pavel Sisianovun İbrahimxəlil xana məktubu.
Müəllif: Pavel Sisianov
Mənbə:

Tofiq Mustafazadə. Qarabağ xanlığı (PDF). Bakı: "Sabah". 2009. 333 səh. ISBN 5-86106-016-0.

Siz Cavad xan kimi bu İran siyasətinizə görə cavab verəcəksiniz. Nə qədər ki, mən Gəncə ətrafında durmuşdum, siz ağacdakı yarpaq kimi əsirdiniz və belə cavab verməzdiniz, mən Gəncəyə gəlmədən siz qorxaq dovşan və yaltaq tülkü kimi Şəmşəddil mouravı Andronikovun yanına adam göndərmişdiniz, o zaman siz indiki kimi məni uzaqda sayıb belə danışmağa cürət etməzdiniz. Mənə inanın ki, elə Gəncə qoşunları[1] sizi tamamilə darmadağın etmək üçün kifayətdir; mənə inanın ki, sizin qalanın alınmazlığı rus qoşunları üçün yüngül olacaqdır.

Qeydlər

[redaktə]
  1. Gəncədə qərarlaşmış rus qoşunları nəzərdə tutulurdu.