Məzmuna keç

Pavel Sisianovun Məhəmməd xan Qacara məktubu (6 fevral 1803)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Pavel Sisianovun Məhəmməd xan Qacara məktubu (6 fevral 1803) (1803-cü il fevralın 6-da)
Müəllif: Pavel Sisianov
Mənbə: Elçin Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında) (PDF). Bakı: "Mütərcim". 2016. səh.146.

...mən bu şəhərə[1] Gürcüstanın baş komandanı vəzifəsində gəldiyimi siz alihəzrətə bildirməyi özümə borc hesab edirəm, sizi möhkəm və səmimi dostluğa çağırıram. Əsasən, sizin xeyrinizə olan böyük Rusiyanın təbəəliyinə keçməlisiniz. Bunun üçün birinci sübutunuz, mənim sizə yolladığım, mərhəmətli Rusiya imperiyasının böyük kansleri qraf S.R.Voronsovun böyük Rusiya və böyük sultan tərəfindən təsdiq edilən bütün ermənilərin patriarxı Danil haqqında yazdığı fərmanını dəqiq icra etməlisiniz.

Qeydlər

[redaktə]
  1. Tiflisə