Payibənd oldum səri-zülfi-pərişanın görüb
Görünüş
Payibənd oldum səri-zülfi-pərişanım görüb Müəllif: Məhəmməd Füzuli |
Payibənd oldum səri-zülfi-pərişanın görüb,
Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb.
Oda yaxdım şəm vəş canım, baxıb rüxsarına,
Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb.
Gəzdirər hər yan gözüm əşk üzrə bağrım parəsin,
Xələti-gülgyn ilə rəxş üzrə cövlanın görüb.
Bir zaman keçməz ki, dil tiğindən olmaz çak-çak,
Açılır hər dəm tutulmuş könlüm ehsanın görüb.
Könlümü tənhalıq eylərdi pərişan sinədə,
Olmasaydı cəm, hər yanında peykanın görüb.
Bəndi-zindani-qəmü möhnətdən olmuşdum xilas,
Ah kim düşdüm yenə, çahi-zənəxdanın görüb.
Ey Füzuli, bunca kim tutdun nihan hali-dilin,
Aqibət fəhm etdi el çaki-giribanın görüb.