Peşman olar
Görünüş
Peşman olar Müəllif: Aşıq Cəlil Dərələyəzli |
Taytaq atı uzaq yola,
Capan kişi peşman olar.
Qürbət eldə qırx çeşmə ev,
Yapan kişi peşman olar.
Yaşasa da beş gün qəmnən,
Rastlaşar betər qəmnən.
Xoş güzəran əqli kəmnən,
Tapan kişi peşman olar.
Aşiqləri tapa hardan,
Söhbət aça biilqardan.
Gözəl üçün çirkin yardan,
Qopan kişi peşman olar.