Pişiyimiz
Görünüş
Pişiyimiz (08.05.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Kef üstündə kefimizi
Gəlib gördü meşəbəyi... Hüseyn Arif |
Nahar vaxtı evimizə
Gəlib çıxdı pişiyimiz.
Hərəmiz bir tikə atdıq,
Basıb tıxdı pişiyimiz.
Sümüyü gəmirib qırdı,
Caynağıyla yeri cırdı.
“Piff” eləyib bir asqırdı,
Dedik, toxdu pişiyimiz.
Məşəl kimi gözü yandı,
Pələng kimi şux dayandı,
“Pişt!” elədim, bir qımcandı,
Bir qurcuxdu pişiyimiz.
Miyav – miyav mırıldadı,
Tox qarını guruldadı.
Aradabir xoruldadı,
Gözün sıxdı pişiyimiz.
Baş qarışdı çay işməyə,
Danışıban gülüşməyə.
Bu nə səsdi? Siçan əyə!
Gördük yoxdu pişiyimiz...