Məzmuna keç

Pir baba

Vikimənbə saytından
Rəvayətlər. Pir baba
Müəllif: Şifahi xalq ədəbiyyatı


Pir babanın gözəl-göyçək bir qızı var idi. Pir baba onu evdən çölə çıxmağa qoymurdu. Bir gün Pir baba başının adamları ilə ova çıxası olur. Qız evdə tək qalıb, darıxır. Fikirləşir ki, evdə oturub neyləyəcəm ki, qoy çıxım bağda gəzim. Bəlkə ürəyim bir az açıldı. Atam hələ gec qayıdacaq. Qız çıxır bağa, başlayır gəzməyə. Birdən haradansa bir oğlan girir bağa. Onlar bir-birlərini görüb vurulurlar. Başlayırlar söhbət etməyə. Birdən qızın yadına düşür ki, atasının indi ovdan qayıdan vaxtıdı. Qorxusundan bilmir nə etsin. Atası gəlir qızın yanındakı oğlanı görür, bərk acıqlanır. Lakin oğlanın gözəl olduğunu görüb yumşalır. Oğlana deyir:

– Gəl vuruşaq, əgər üstün gəlsən qız sənindi, yoxsa ki, sən əjdahaya dönəcəksən. Çünki mən sehirliyəm.

Onlar vuruşurlar. Oğlan basılır, elə o saatca dönüb olur əjdaha. Əjdahanın gözündən yaş axmağa başlayır. Pir baba istəyir ki, onu öldürsün. Yay-oxunu çıxarıb əjdahanın ortasından bir ox keçirir. Lakin əjdaha ölmür. Pir baba onu daşa döndərir. Qızının da ağladığını görüb onu oğlandan ayırmaq istəmir. Qızını həmin daşın yanında nar ağacına döndərir.

Mənbə

[redaktə]