Piriydi
Görünüş
Piriydi Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Asta gedən bu gözəllər sultanı,
Yerişindən məlum olur Hürüdü.
Deyin bəsdi, mənim xəstə canımı,
Siyah zülfün zəncirində sürüdü.
Şah hüsnünün sütunundan asıldım,
Çıldır-çıldır dörd məqama yazıldım,
Hicran ləşkərinə endim, basıldım,
Yan-yörəmi qurdlar-quşlar bürüdü.
Seyraquba yıxıldımı görən nər?
Aşıq smsa sin axtarar gör enər,
Belə dedi bu çağımı görənlər:
“Miskin Abdal bir zamanlar piriydi”.