Piyalə
Görünüş
Piyalə Müəllif: Əhməd Haşım |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Zənn etmə ki, güldür nə də lalə
Atəş doludur, tutma yanarsan
Qarşında şu gülgün piyalə...
İçmişdi Füzuli bu alovdan,
Düşmüşdü bu iksir ilə Məcnun
Şerin sənə anlatdığı halə...
Yanmaqda bu sağərdən içənlər
Doldurmuş onunçün şəbi-eşqi
Başdan başa əfğan ilə nalə...
Atəş doludur tutma, yanarsan
Qarşında şu gülgün piyalə...