Məzmuna keç

Polad oldular

Vikimənbə saytından
Polad oldular (20.11.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Bir Polad can verdi Vətən yolunda,

Minlərlə oğullar Polad oldular.

“Haydı, aslanlarım!” dedi KOMANDAN,

Çaqqallar qorxudan kola doldular.


O gün ki aldılar vuruş xəbərin,

Qayım qurşandılar qeyrət kəmərin.

İgidlər açdılar gen sinələrin,

Vətənə zirehli jilet oldular.


Ərənlər girdilər meydana yenə,

Düşmənin işləri düşdü düyünə.

Tülkülər gəldilər kabab iyinə,

Özləri doğranıb salat oldular.


Dostun toyu oldu yağının yası,

Harda görünübdü hayın hayası?

Elə ki, açıldı Türkün “kassası”,

Birbaş cəhənnəmə bilet aldılar!


Yalan ayaq tutdu, addım atmadı,

Goreşənin dişi bizə batmadı.

Haylar adamlığa hələ çatmadı –

Bəşər tarixində qələt oldular!