Pozuq-pozuq
Görünüş
| Pozuq-pozuq Müəllif: Pir Sultan Abdal |
| Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bu il bu dağların qarı əriməz
Əsər badi səba yel pozuq-pozuq.
Türkmən qalxıb yaylasına yürüməz
Yıxılmış əşirət el pozuq-pozuq.
Qızıl İrmaq kimi çağladım, axdım,
Əl vurdum sinəmin bəndini yıxdım,
Gül üzlü ceyranın bağına çıxdım,
Girdim bağçasına gül pozuq-pozuq.
Əlim tutmaz güllərini dərməyə,
Dilim tutmaz xəstə halın sormağa,
Dört cavabın mənasını verməyə,
Sazım düzən tutmaz tel pozuq-pozuq.
Pir Sultanam, yaradıldım qul deyə,
Zalım paşa əlindənmi öl deyə,
Dostum meni ismarlamış gəl deyə,
Gedəcəyəm, amma yol pozuq-pozuq.