Məzmuna keç

Qönçə görsə ləbini ağzını pünhan eylər

Vikimənbə saytından
Qönçə görsə ləbini ağzını pünhan eylər
Müəllif: Mirzə İsmayıl Qasir
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qönçə görsə ləbini ağzını pünhan eylər,
Lalə tək bağnnı Iəlin həvəsi qan eylər.
Gülü rüxsarinə bülbüllər olubdur mail,
Gecə-gündüz bu səbəbdəndir ki, əfqan eylər.
Arizin içrə yəqin zülfünü görmüş sünbül,
Günəş içrə səri-zülfunü pərişan eylər.
Verir İsa kimi min mürdeyi-sədsaləyə can,
Hər zaman ləblərini kim, şəkərəfşan eylər.
Bu cəfapişə əlindən ciyərim qan olmuş,
Hər baxanda üzünə könlümü viran eylər.
Bu qədər cövrü cəfa çəkmisən ol mahrudan
Qasir, axırda sənin dərdinə dərman eylər.