Qürbətdə ürəkdən nalə edərsəm
Jump to navigation
Jump to search
Qürbətdə ürəkdən nalə edərsəm Müəllif: Xaqani Şirvani Tərcümə edən:Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Qürbətdə ürəkdən nalə edərsəm,
Bu nalə olacaq səhhətim mənim.
Qızdırma içində şərbət düzəltsəm,
Göz yaşım olacaq şərbətim mənim.
Qurumuş beynimi işə salarsam,
Dərdü qəm olacaq qismətim mənim.