Qüssəni aləmdə şadi bilmiyən, şad olmasun
Görünüş
Qüssəni aləmdə şadi bilmiyən, şad olmasun Müəllif: Nizami Gəncəvi |
Qüssəni aləmdə şadi bilmiyən, şad olmasun!
Olmayan eşqin əsiri qəmdən azad olmasun!
Bu sifətdə gördüki yox kimsə nəsli-adəmi
Ki, görən ol mahi-hurivəş, pərizad olmasun!
Könlümün viranəsin dersən ki, məmur eyləyim,
Vədeyi-vəslin kimi biəsl bünyad olmasun!
Sərvi-qəddin aşiqə nəxli-cahanara yetər,
Hiç ər-ər bitməsin aləmdə, şümşad olmasun!
Ağzını yad etdügümcə bana cövr eylər rəqib,
Yox yerə əhdində, şaha, kimsə bidad olmasun!
Zülflə qəmzən çəkər çahi-zənəxdan məni,
Həbs içində çıxaran kimsəni cəllad olmasun!
Ey Nizami, çünki yarın gəncdir, viran dilər,
Qu vücudun mülki viran olsun, abad olmasun!