Qıjhaqıj
Görünüş
Qıjhaqıj Müəllif: Aşıq Ələsgər |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Hər kəsin qəsdindən aşıqlıq keçir,
Qarşı gəlsin edək cəngi qıjhaqıj.
Dəli könül dərya təki çalxanır,
Qeyzə gəlir səs ahəngi qıjhaqıj.
Hər kəs istər qana aşıq sirrini,
Axtarsın dayazı, gəzsin dərini.
Qeyli-qala salan aşiq sərini,
Siyah çalar qızıl rəngi qıjhaqıj.
Ələsgərin qəddi Sinaya yetər,
Dərs alanlar gedər sinaya yetər.
Əzrail qəsd eylər, sinaya yetər,
Can alar dəstində cəngi qıjhaqıj.