Məzmuna keç

Qırmızı rəngə bürünüb ağ vərəqlər

Vikimənbə saytından
Qırmızı rəngə bürünüb ağ vərəqlər! (1993)
Müəllif: RAUF CAVAD

Qırmızı rəngə bürünüb ağ vərəqlər!
Bulaşıb al-qanına gözəl lalələr!

Bəh-bəh nə bəzənib-düzənib gül-çiçək,
Geyinib ağ kəfəni bu gözəl səhər.

Gəlir ətri gülün, meyxoş edir könlü,
Al qoxla deyir bu qəlbi qırıq Dilbər.

Bu nə bəla, sınıb qol-budağı gülün,
Düşüb rəzil diyara bu qərib qədər!

Səsləyir köməyə sanki həzin bir səs,
Çarəsiz qalıb, dolub qəlbi dərd-kədər.

Yox kimsə eyləsin kömək, can əvarə
Olmuş bu yolda gör kimlər üçün hədər.

Fəda etmiş öz canın vəfasızlara,
Bu cür vəfasızlığa dəyərmi məgər?!

Rauf, kaş bu həqiqəti görsə hamı,
Bütün dünya, bütün bəşər qansa əgər!
       ...Müəllif:Rauf Cavad