Qırqovul (Rəşid bəy Əfəndiyev)

Vikimənbə saytından
Qırqovul
Müəllif: Rəşid bəy Əfəndiyev


Qırqovul nə gözəl quşdu,
Biri bir gün göldən uçdu,
Camalına gözüm düşdü,
İstədim onu səsləyim,
Qaçma, səni gəl, bəsləyim.

Qırqovulum halal heyvan,
Boynu, başı, döşü əlvan,
Dağda, daşda gəzmə çəndan,
İstədim onu səsləyim,
Qaçma, səni gəl, bəsləyim.

Qırqovulum cüt-cüt gəzər,
Dağı, düzü hüsnü bəzər,
Yerdə səkər, göydə süzər,
İstədim onu bəsləyim,
Qaçma, səni gəl, bəsləyim.