Qıymadın sakini-kuyin olana peykanın
Görünüş
Qıymadın sakini-kuyin olana peykanın Müəllif: Məhəmməd Füzuli |
Qıymadın sakini-kuyin olana peykanın,
Bir içim su ilə ağırlamadın mehmanın.
Navəki-qəmzə diriğ eyləmə aşiqlərdən,
Kəsmə ərbabi-vəfadən nəzəri-ehsanın.
İstəyin can idi xaki-rəhinə tapşırdım,
Yetdi ol xud yerinə, indi nədir fərmanın?!
Canə yetdim ələmi-hicrin ilə, ey zalim,
Rəhm qıl canın üçün var isə bir dərmanın.
Dadxahəm sənə, damən nə çəkirsən məndən,
Yoxmu vəhmin ki, tutam həşr günü damanın.
Zalim olsan nə əcəb, yox sənə duzəx vəhmi,
Sənə xud yetməyəcəkdir sənin öz hicranın.
Vəsl əyyami rəvan yarə fəda eyləmədin,
Ey Füzuli, qəmi-hicran ilə çıxsın canın.