Məzmuna keç

Qızıl gül, bağü bustanım, nə dersən

Vikimənbə saytından
(Qızıl gül, bağü bustanım, nə dersen səhifəsindən istiqamətləndirilmişdir)
Qızıl gül, bağü bustanım, nə dersən
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qızılgül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi, külli fennanun, nə dersən?

Əridi iliyim, qaldı sümiyim,
Bu təni tərk edər canım, nə dersən?

Qamu dərdlilərə dərman bulundu,
Dəvasız dərdə dərmanım, nə dersən?

Qamunun küfr ilə imanı vardır,
Mənim küfr ilə imanım, nə dersən?

Sənin məqsudun oldur kim, ölüm mən,
Halal olsun sənə qanım, nə dersən?

Əgər yatsam min il torpaq içinde,
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətai can ile çün səni sevdi,
Sevən ölsünmi, sultanım, nə dersən?!