Qızıl ilan

Vikimənbə saytından
Qızıl ilan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Deyilənə görə bir messi var imiş. Bu messi varı-yoxu bir qoca anası var imiş. Messi hədsiz gözəl olur. Bir gün qıza elçi gəlir. Elçilər qızgilə gəlib çatanda onların qabağına qızıla çalan, gözəl bir ilan çıxır. İlan insan kimi dil açıb bunlara yalvarır. Sizi and verirəm duz-çörəyə buradan uzaqlaşın.

Elçilər ilanın dil açmağına məhəttəl qalırlar. Onlardan biri ilanı öldürmək istəyir. İlan çıxıb gedir. Elçilər qızın razılığını alıb gedirlər. Sonra isə toyu başlayırlar. Gəlin gedən zaman həmin ilan yenə də gəlir, bir qıraqda durub tamaşa edir.

Qız gedənnən bir ay sonra qızın həyat yoldaşı onu ölür. Qız gözü yaşlı yenə də qoca anasının yanına qayıdır. Aradan bir müddət keçir. Qız fikirli-fikirli yatır. Bu zaman ilan gəlib pəncərədən içəri girir, başlayır qıza tamaşa eləməyə. Səhər açılanda ilan çıxıb gedir. Belə-belə ilan hər gün gəlib qıza tamaşa eləməyə başlayır. Bir gün qız yuxu görüb qorxulu-qorxulu oyanır. Qız baxır ki, bu ilandı. İlan qıza sarı gəlir, qız qışqırmaq istəyir. İlan dönüb gözəl bir oğlan olur. Oğlan qızın xoşuna gəlir, onlar bir müddət görüşürlər. Lakin qız dözə bilmir, yalvarır ki, bu sirri açıb ona desin, görək bu nə işdi. Oğlan sirri açıb deyir ki, mən bir pəriyəm. Mən sənin eşqindən ilan cildinə girmişəm, indi isə səni and verirəm o bir Allaha, bu sirri heç kimə deməyəsən. Qız sirri saxlaya bilmir. Əhvalatı qonşu qadına danışır. Qonşu qadın ona tapşırır ki, özünü mundarlasın, bəlkə oğlan bundan əl çəkə. Qız özünü içki ilə mundarlayır. Oğlan bunu bilir, elə o saat yox olur.

Mənbə[redaktə]