Qızıla dönən oğlan
Görünüş
Rəvayətlər. Qızıla dönən oğlan Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir dəfə ilin-ayın axır gecəsi bir qızın nişanlısı onun yanına
gəlir. Elə olur bir azdan oğlan yatır. Gecənin bir vaxtı qız görür ki,
at göyşədi. Təntiyir, deyəsidi ki, “kürək qızıl olsun”, deyir: “Allah,
bu oğlan qızıl olsun”. Oğlan qızıl olur. Deyillər ki, bu qaldı bir də
gələn Noyruza. Bir gün qıza qızıl lazım olur. Sınaq üçün oğlanın
çeçələ barmağını götürür. Vaxt gəlir, genə ilin-ayın axır gecəsi
olur. At göyşüyəndə qız dilək diliyir. Oğlan genə dönüp adam olur.
Deyir, mən nə qədər yatmışam. Bir də deyir ki, mənim barmağım
niyə belədi, yerində niyə yoxdu? Təzədən qohum-qardaş başa salır
ki, belə-belə...