|
Qızıma (Əhməd Cavad) (10 oktyabr, 1934) Müəllif: Əhməd Cavad
|
|
Qüdrətim olsaydı, yaza bilsəydim,
Bir kağız üstünə bu dərdi, qızım!
Sənin müsibətin mənim dərdimdən
Neyleyim ki, qat-qat betərdi, qızım!
Bunu kim deyərdi bir səhər çağı,
Tanmar olacaq ömrümün bağı?
İpək tellərinin gəlsə sorağı,
Qəlbimdə nə güllər bitərdi, qızım!
Mənim müsibətim gəlməz ki, başa,
Dur dedim - durmadı - gözümdə yaşa.
Desəydin dərdimi qəbirdə daşa,
O da dil-dil olub ötərdi, qızım!
Süzülüb bir daha gələ bilsəydin,
Ban bircə dəfə gülə bilsəydin,
Ya da rahat-rahat ölə bilsəydin,
Bütün qəmim, qüssəm itərdi, qızım?!
Məktəb bacılann gördülər zatən,
Can verən sən idin, canı çıxan mən.
Sən çıxıb gedərkən təzə aləmdən,
Mənim almmdakı nə tərdi, qızım?!
Gözlərim qıirudu, sonam ağladı,
Sonama səs verdi anam ağladı,
Toyuna aldığım xınam ağladı,
Mənə qara daşlar gül verdi, qızım!
Səndən bir yadigar qalacaq deyə,
Of.. yaza bilsəydim bircə mərsiyə;
Biçarə qəlbimi sərinlətməyə,
İnan, ömürlükcə yetərdi, qızım!