Məzmuna keç

Qızların (Xəstə Hasan)

Vikimənbə saytından
Qızların
Müəllif: Xəstə Hasan
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.444; ISBN 978-9952-571-42-4

Fəsli bahar, yaz ayları gələndə,
Açılar qoynunda gülü qızlarm.
Tumurcuq-tumurcuq tər buxağından,
Axar bbbrindsn balı qızların.

Hürülərin, pərilərin eşisiz,
Bu qərib könlümün qəm yoldaşısız,
Əlli qızın, yüz gəlinin başısız,
Qucmağa yaraşır beli qızların.

Xəstə Hasan, öldüyümü bilsələr,
Səlib verib səlatımı qırsalar,
Məzarımı yol üstündə qursalar,
Gələndə uğrasın yolu qızların.