Məzmuna keç

Qəbul et istək-duamı, rəhmi bəxş et aləmə

Vikimənbə saytından
Əzizim, söhbəti canım, yazıram sənə namə! (1996)
Müəllif: RAUF CAVAD

Əzizim, söhbəti canım, yazıram sənə namə!
Süleyman mülkündə Romeo düşüb dərdə-qəmə!

Qəribəm səhrada mən, gəzirəm qanun-Ədalət,
Dünyada yox mərhəmət, Cülyetta, yetis nohəmə!

Görən yox gizli qalan məqamı, əbləhi xarı,
Baxan yox məhkəmədə edilən zülmü-sitəmə!

Gəzirəm gül, hər bir qapı bəlkə bulam Leylanı,
Səhrada tək qalıb Məcnun, Füzuli, al qələmə!

Nəzər et nə olar qəlbimə, məhəbbət Kərəm et,
Qəbul et istək-duamı, Rəhmi bəxş et aləmə!

Dərdliyəm, miskin Yunisəm, qəmgin nəfsimi əfv et,
Dəryada mehmaninəm, sevgi et Əsli, Kərəmə!

Bir kərə Şirin nəzərin, yar, oxşayar qəlbimi,
Baxsan yar, Fərhad yaralı, yar, məlhəm ol yarəmə!

Raufam yetim-fəqirə, kimsəsiz tək körpəyə,
Heyranam yar, mərd adama, qüvvət ver Həqq kəlama!
               ...Müəllif:Rauf Cavad