Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda

Vikimənbə saytından
Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda
Müəllif: Məhəmməd Füzuli
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.37.

Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda![1][2][3]
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.[4][5][6]

Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdam,[7][8]
Meydə təşviri-hərarət, neydə tə’siri-səda.[9][10]

Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdir,[11][12][13]
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.[14][15]

Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi
Aşiqi mə’şuqdən, mə’şuqi aşiqdən cüda.[16]


Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et![17]
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?[18]


Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqə, [19][20]
Kim, ola sabit həq isbatında nəfyi-maəda.[21]


Ey Füzuli, intihasız zövq buldun eşqdən,[22]
Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.[23][24]

  1. Eşq aşiqlər üçün hidayət yolunu işıqlandırdı.
  2. Burda işıqlandırmaq deyilərkən xarici işıqdan və ya Günəş işığı kimi bir işıq nəzərdə tutulmur. Burda daxili nur daha dəqiq desək "Tohid işığı" nəzərdə tutulur.
  3. Təsəvvür edin ki, bir kişi tövləsində inək saxlayır. Və hər gecə gedib inəyinə sığal çəkir. Bir gün bir canavar gəlir, inəyi yeyir, və dərsini üstünə ataraq özünü inəyin yerinə qoyur. Kişi gecə yenə gəlir. Və sığal çəkir. Təbii ki, anlamır canavar olduğunu. Burda kişiyə "tohid işığı" gərəkdir. Çünki, istər kiçik fənər qədər, istərsə də Günəş qədər işıq da olsa kişi dərinin içini yəni daxili görməyəcək. O bunu yalnız daxili gözlə görə bilər. Bu isə "Tohid işığı adlanır"
  4. Həqiqət yolunun yolçuları eşqə iqtida(itaət, təqlid) eylər.
  5. Hər kim ki, o Tohid işığıyla hərəkət edər, onlar eşqə iqtida eylər, boyun bükər, ibadət eylərlər.
  6. Təbii ki, burda qıza-qoza olan eşqlərdən yox, həqiqi və daimi olan Allaha olan eşqdən danışılır.
  7. Yeni, daha böyük həyatın nişanəsi eşqdir ki, ondandır daim olan...
  8. Məhz o eşqdir insanı başqa, daha kamil bir həyata aparan.
  9. Meydə təşvişli hərarət, neydə isə səs-sədada olan təsir.
  10. Hansı ki, daimi olan meydə, içkidə
     hərarət, və neydə olan səs-səda da ondandır.(Təbii ki, işlənən mey və ney sözləri məcazi mənadadır. Və hər birinin ürfani izahı var)
  11. Vəhdət(birlik) məqamı, həqiqətdə əsl eşqin özüdür, məqamıdır
  12. Birlik məqamı, Yarla(Allahla) olan birlik məqamı məhz həqiqi eşqin özüdür.
  13. (Birlik məqamı deyilərkən Ələst aləmi və ya Axirət və ya Namaz ümumi desək vəslə işarədir.)
  14. Hansı ki, o vadidə sultanla gəda arasında heç bir fərq yoxdur
  15. Hansı ki, bu vəhdət məqamlarının heç birində sultanla gəda arasında fərq yoxdur. Bu məkanlarda hamı Vahid Allah qarşısında quldur.
  16. Xəlvət vəhdətin və ya eşqin sirri aşiqi məşuqundan, məşuqu aşiqdən ayrı etməz
  17. Ey o adam ki, eşq əhlinə danlaq edirsən
  18. Söylə, heç Xudanın təqdirini(əmrini, buyurduğunu) dəyişmək mümkündür mü?
  19. Eşq qələmi aşiqin mövcudluğunun hərfinin üstündən xətt çəkdi(Məhv etdi)
  20. Həmin eşq, digər bütün eşqlərin aşqilərinin eşqinin üstündən xətt çəkdi, məhv etdi.
  21. Kim ki, Həqq isbatında Allahdan başqa yar olmadığı isbat olsun
  22. Ey Füzuli, bu eşqdən sonsuz həzz, zövq aldın
  23. Adil Haqqın ismiylə başlanılan hər iş belədir.
  24. Məhəmməd Peyğəmbər: "Bismillahla başlayan hər iş xeyirlə bitər"